Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın «Nabucco» layihəsində iştirakını dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın «Nabucco» layihəsində iştirakını dəstəkləyir
# 16 mart 2010 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın «Nabucco» qaz kəmərinin inşası layihəsində iştirakını dəstəkləyir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan AYİB-in prezidenti Tomas Mirov bildirib.

Onun sözlərinə görə, AYİB-lə Azərbaycan hökuməti arasında «Nabucco» layihəsinə dair danışıqlar aparılıb: «Bu, çox mürəkkəb layihədir və bizim «Nabucco»da dəstəyimizin olması həm iştirakçı, həm tranzit, həm də istehlakçı ölkələrin marağından asılıdır ki, AYİB buna dair müxtəlif ölkələrlə danışıqlar aparır».

T.Mirov onu da bildirib ki, «Nabucco» layihəsində Azərbaycan qərarverən ölkələrdən sayılır: «Ümumiyyətlə, layihənin siyasi aspektləri və kommersiya məsələri dərin təhlil olunmalıdır».

Qeyd edək ki, «Nabucco» qaz kəməri layihəsinin dəyəri 7,9 mlrd. avro təşkil edir. Tikinti işlərinin 2011-ci ildə başlayacağı gözlənilir və qazın nəqli 2014-cü ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçməklə Avropaya çatdırılmasını təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR