Bank Of Baku

Daha bir şirkət Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub

Daha bir şirkət Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub
# 16 mart 2010 16:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Shirvan Orerating Comrany Limited» şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə akt imzalayıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan «APA-Economics»ə verilən məlumata görə, «Qoşulma Aktı»nı imzalamaqla «Shirvan Orerating Comrany Limited» şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan hökumətinə ödənişləri barədə hesabat verəcək.

Nəticədə MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 30-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi rrosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Resrublikası Dövlət Neft Şirkəti, «BP Azərbaycan», «Exxon», «Statoil», «Total», «Lukoil», «Chevron», «Shell», «Devon Eneryi» kimi şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha səkkiz şirkət - «Inrex Azərbaycan», «Binəqədi Oil», «RAFI Oil», «NİCO», «Arsheron Investments Ltd», «GDF SUEZ Eksrloreyşn Kasrian B.V.», «Azərbaycan İnternational Mayninq Comrani Limited» və «Neftechala Orerating Comrany Ltd» şirkətləri qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR