Bank Of Baku

Fevralda Azərbaycanda elektrik enerjisi haqqının yığımı 98%-ə çatıb

Fevralda Azərbaycanda elektrik enerjisi haqqının yığımı 98%-ə çatıb
# 17 mart 2010 07:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin fevral ayında Azərbaycanda elektrik enerjisi haqqının yığımı 97,7% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Enerji haqlarının yığım səviyyəsinə görə ilk yerləri Sumqayıt şəhəri (231%), Neftçala rayonu (168,4%), Şirvan şəhəri (105,9%), sonuncu yerləri isə Ağdam (37,7%), Saatlı (38,6%) və Kürdəmir rayonları (50%) tutub.

Fevral ayında «Bakıelektrikşəbəkə» ASC-nin xidmət göstərdiyi Bakı şəhəri üzrə yığım 83,1% olub. Paytaxtda yığım səviyyəsinə görə ən yüksək göstərici Nizami (96,6%), ən aşağı göstərici isə Sabunçu (66,7%) rayonunda qeydə alınıb.

Cari ilin yanvar-fevral aylarında isə respublika üzrə enerji haqlarının yığım səviyyəsi 85,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR