Bank Of Baku

“Cənub axını” qaz kəmərinin tikintisi bahalaşıb

“Cənub axını” qaz kəmərinin tikintisi bahalaşıb
# 17 mart 2010 09:12 (UTC +04:00)
Bakı – APA-Economics. “Cənub axını” qaz kəmərinin tikintisi 1,4 mlrd. avro bahalaşıb. “APA-Economics”in məlumatına görə, layihənin dəyəri 7,4 mlrd. avrodan 8,8 mlrd. avroya yüksəlib.

“Cənub axını” layihəsinin operatoru “Nord Stream AG” şirkətinin nümayəndəsi bildirib ki, layihənin smetası dəyişməyib, əlavə 1,4 mlrd. avro isə faizlər və kreditlər üzrə komissiyalardır.

Martın 16-da “Nord Stream AG” qaz kəmərinin tikintisinə başlamaq üçün 3,9 mlrd. avro kredit cəlb edib. Bu ilin sonunda isə daha 2,5 mlrd. avro kreditin cəlb olunması gözlənilir.

Qeyd edək ki, Rusiyanın “Cənub axını” layihəsinin dəyəri 10 mrd. avro, nəqletmə gücü ildə 63 mlrd. kubmetrdir. Kəmərin 2015-ci ildə işə salınması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR