Bank Of Baku

«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib

«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib
# 18 mart 2010 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Novruz bayramı günlərində - martın 28-dək – fasiləsiz növbəlilik əsasında iş rejiminə keçib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, istehlakçıların bu günlərdə təbii qazla fasiləsiz və davamlı təmin olunması üçün İB-də bütün texniki və texnoloji tədbirlər həyata keçirilib, 185 nömrəli qaynar xəttin iş saatı artırılıb, 104 nömrəli qəza xidmətinin fəaliyyəti isə gücləndirilib.

Qeyd edək ki, hazırda ölkə üzrə əhali kateqoriyasına aid olan abonentlərə verilən sutkalıq təbii qazın həcmi 20 mln. kubmetrə çatdırılıb. Həmin həcmin 11 mln. kubmetri Bakı şəhərinin, qalan hissəsi isə regionların qaz təchizatına sərf olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR