Bank Of Baku

Zaqatalada qaz boru kəmərləri dəyişdiriləcək

Zaqatalada qaz boru kəmərləri dəyişdiriləcək
# 18 mart 2010 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi «2009-2013-cü illər Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı»na uyğun olaraq bölgələrdə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Zaqatala rayonunda qaz almayan kəndlərin qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda rayonda abonentlərin sayğaclaşdırılması yekunlaşdırılıb. Mavi yanacaqdan istifadə edən sakinlərə göstərilən xidməti yüksəltmək və qaz təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri və xətlərində aparılan tikinti quraşdırma işləri 2010-cu ildə də davam etdirilməkdədir.

Bu il şəhərin Azərbaycan prospektində qaz təchizatının müasir standartlara uyğunlaşdırılması həyata keçiriləcək. Rayonun Əliabad kəndinin qazlaşdırılması, Muxax və Yuxarı Tala kəndlərində abonentlərin tələbatını nəzərə alaraq mövcud qaz boru kəmərinin iri diametrli boru ilə əvəz edilməsi də nəzərdə tutulur. Cari ildə həmçinin rayon Qaz İstismar Sahəsinin yerləşdiyi inzibati binanın yenidən qurulması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR