Bank Of Baku

Bakıda ARDNŞ və «KazMunayQaz» şirkətinin müştərək işçi qrupunun növbəti görüşü keçirilib

Bakıda ARDNŞ və «KazMunayQaz» şirkətinin müştərək işçi qrupunun növbəti görüşü keçirilib
# 18 mart 2010 12:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Martın 16-dan 18-dək Bakıda Qazaxıstanla Azərbaycan arasında Transxəzər Neft Nəql Sisteminin (TXS) yaradılması layihəsi çərçivəsində ARDNŞ və «KazMunayQaz» şirkəti tərəfindən yaradılmış müştərək işçi qrupunun növbəti görüşü keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Görüşdə Qazaxıstanın “Kaşaqan” və “Tengiz” neft yataqlarında işləyən xarici neft şirkətlərinin nümayəndələri də iştirak edib. Toplantıda TXS-nın yaradılması ilə bağlı əhəmiyyət kəsb edən geniş spektrli məsələlər, o cümlədən sistemin texniki layihələndirilməsi və müvafiq işlərin icrası qrafiki nəzərdən keçirilib. ARDNŞ və «KazMunayQaz» nümayəndələri TXS layihəsinin kommersiya və hüquqi aspektləri ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Transxəzər boru xətti ilə ilkin mərhələdə sutkada 500 min barel (ildə 23 mln. ton) neft nəql etməsi, sonradan isə bu həcmin sutkada 750-1200 barelə (ildə 35-36 mln. ton) çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR