Bank Of Baku

“Nabucco”nun icraçı direktoru: “Qaz boru kəmərinin tikintisi 2011-ci ildə başlayacaq”

“Nabucco”nun icraçı direktoru: “Qaz boru kəmərinin tikintisi 2011-ci ildə başlayacaq”
# 18 mart 2010 15:58 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu “Nabucco” magistral qaz boru kəmərinin çəkilişi üzrə beynəlxalq konsorsiumun icraçı direktoru Reynhard Mitçke Ankarada jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, cari il layihənin reallaşması baxımından önəmli il olacaq. Belə ki, bu il mühəndis işləri başlayacaq və kəmərin tikintisinin maliyyələşdirilməsi və kəmərin qazla doldurulması ilə bağlı addımlar atılacaq.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə “Nabucco”nu siyasi dəstək alan kommersiya xarakterli layihə adlandırıb. O, Türkiyədə layihə üzrə milli şirkət yaratmaq niyyətində olduqlarını açıqlayıb.

Layihənin digər iştirakçısı - Avstriyanın OMV şirkətinin rəhbəri Verner Auli “Nabucco”nun potensial qaz təchizatçılarının Azərbaycan, Türkmənistan və İraq olduğunu söyləyib: “İran isə indi deyil, uzaq perspektivdə qaz təchizatçısı ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR