Bank Of Baku

Rövnəq Abdullayev Sinqapurun «Keppel Corporation Limited» şirkətinin nümayəndə heyətini qəbul edib

Rövnəq Abdullayev Sinqapurun «Keppel Corporation Limited» şirkətinin nümayəndə heyətini qəbul edib
# 18 mart 2010 17:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) Sinqapurun «Keppel Corporation Limited» şirkətinin prezidenti Li Bun Yanq və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ARDNŞ prezidenti R.Abdullayev Azərbaycanda Gəmiqayırma Zavodunun inşasına hazırlıq işlərinin qısa müddətdə başa çatdırıldığını qeyd edib.

R.Abdullayev bildirib ki, Azərbaycanın tranzit və yükdaşıma imkanlarının artırılmasına yönəlmiş bu layihə ARDNŞ-nin «Keppel Corporation Limited» şirkəti ilə əməkdaşlığının daha yüksək mərhələyə çıxaracaq. Li Bun Yanq rəhbərlik etdiyi şirkətin Azərbaycanda 1997-ci ildən uğurla fəaliyyət göstərdiyini söyləyib. Onun sözlərinə görə, ARDNŞ ilə birgə yaratdıqları «Caspian Shipyard Company» Müştərək Müəssisəsi Azərbaycanda gəmiçilik və qazma qurğuları sahəsində önəmli layihələr həyata keçirib. Bu istiqamətdə işlərin sürət və keyfiyyətlə aparılmasının zəruriliyini vurğulayan ARDNŞ prezidenti gələcək zavodun ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyası baxımından mühüm hadisə olacağını qeyd edib.

Azərbaycan neft sənayesinin qədim ənənələrindən söz açan R.Abdullayev qonaqlara dünyada neftin tankerlərlə daşınması tarixinin Azərbaycandan başlandığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR