Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Honeywell» və UOP şirkətlərinin rəsmiləri qəbul edib

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti «Honeywell» və UOP şirkətlərinin rəsmiləri qəbul edib
# 19 mart 2010 06:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) ABŞ-ın «Honeywell» şirkətinin xüsusi materiallar bölümünun rəhbəri Andreas Kramvis və UOP şirkətinin prezidenti Rajeev Gautamla görüş keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

UOP və onun ana şirkəti olan «Honeywell» ilə Dövlət Neft Şirkəti arasında uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən ARDNŞ prezidenti Rövnəq Abdullayev qarşıdakı illərdə əməkdaşlığın daha da dərinləşməsi üçün yeni imkanlar yarandığını bildirib.

«Honeywell» və UOP-un elmi tədqiqatlar və yeni texnologiyaların işlənilməsi istiqamətində böyük nailiyyətlər qazandığını nəzərə çatdıran A.Kramvis qeyd edib ki, onlar mütəmadi olaraq əməkdaşlıq etdikləri şirkətlərlə təmaslar qurur, görüşlər keçirirlər. Azərbaycana səfərləri isə ARDNŞ ilə gələcək əməkdaşlıq imkanlarını dəqiqləşdirmək, Azərbaycanla bağlı inkişaf perspektivlərini müəyyən etmək məqsədi daşıyır.

UOP şirkətinin prezidenti R.Gautam isə neft emalı üzrə kommersiya baxımından təsdiqlənmiş yeni texnologiyalara malik olduqlarını və bunları Azərbaycanda tətbiq etmək istəklərini ifadə edib. Türkiyədə ARDNŞ tərəfindən yeni neft emalı zavodunun və Bakı ətrafında nəhəng neft-qaz emalı və neft kimyası kompleksinin inşa olunması planlarına toxunan QOP prezidenti bu istiqamətdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb.

ARDNŞ prezidenti R.Abdullayev isə «Honeywell» və onun törəmə şirkəti olan UOP kimi dünya miqyaslı qurumlarla əməkdaşlıq imkanlarının geniş olduğunu və onların təkliflərinin araşdırılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR