Bank Of Baku

Avropa Parlamenti yeni qaz strategiyası qəbul edib

Avropa Parlamenti yeni qaz strategiyası qəbul edib
# 19 mart 2010 07:56 (UTC +04:00)
APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, qəbul olunmuş strategiyaya əsasən Aİ üzvü olan ölkələr qaz nəqli dayandırıldığı halda, 45 günə bəs edəcək ehtiyata malik olmalıdırlar.

Sənəddə Avropa dövlətlərinə böyük qaz anbarları tikmək məsləhət görülür. Aİ idxalının 10%-dən məhrum olduğu halda, birliyə daxil olan ölkələrdə “fövqəladə vəziyyət” elan olunacaq. Bu halda Avropanın qaz kəmərləri hər iki istiqamətdə çalışmağa hazır olmalıdır.

Qeyd edək ki, ötən il neft ehtiyatlarına dair analoji qərar qəbul edilib. 2009-cu ildə Avropa Ukrayna ərazisi ilə Rusiyadan aldığı qazdan məhrum olub. Buna səbəb rəsmi Moskva və Kiyev arasında qaz və tranzit qiymətlərində razılıq əldə edilməməsi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR