Bank Of Baku

Azərbaycan sənayesinin emal bölməsində istehsalın həcmi yanvar-fevral aylarında 5% artıb

Azərbaycan sənayesinin emal bölməsində istehsalın həcmi yanvar-fevral aylarında 5% artıb
# 19 mart 2010 08:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın sənaye kompleksində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 783,1 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 5,1% artmaqla, daha çox hissəsi – qida məhsullarının istehsalının payına düşüb. Qida məhsullarından makaron məmulatları istehsalı 9,7% artaraq 813,5 ton, marqarin 5,8% artaraq 3,2 min ton, ət 3,9% artaraq 27,6 min ton, süd 3% artaraq 105,9 min ton, kərə yağı 0,9% artaraq 2,4 min ton, duru bitki yağları 25,1% artaraq 7,3 min ton, cem və marmeladlar 17,8% artaraq 1,2 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR