Bank Of Baku

«Petkim Holding»in yeni loqosunun təqdimatı keçirilib

«Petkim Holding»in yeni loqosunun təqdimatı keçirilib
# 19 mart 2010 08:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «SOCAR-Turcas» alyansı tərəfindən Türkiyənin «Petkim Petrokimya Holding»in yeni loqosunun təqdimatı keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Şirkətin yeni loqosu «Brandista» agentliyi tərəfindən hazırlanıb. Bir il ərzində işlənib geniş ictimaiyyətə təqdim olunmuş «Petkim»in yeni loqosunda yaşıl, qırmızı və mavi rənglər üstünlük təşkil edir. Yaşıl - ətraf aləm və atmosferi xarakterizə edir, sülh və sabitliyi, qırmızı – görülən işə göstərilən münasibəti, inkişaf və enerjini, mavi – ağıllı və soyuqqanlı olmağı, özünüidarəetmə və yenilikçiliyi ehtiva edir.

«Brandista» agentliyinin rəhbəri və yaradıcılıq direktoru Bahadır Bayrıl bildirib ki, yeni loqo hazırlanarkən «Petkim»in həm regional, həm də qlobal miqyas daşıyan kommersiya iddialarını diqqət mərkəzində saxlanılıb. Üç rəngin bir-birinə «P» hərfi şəklində bağlılığına işarə edən B.Bayrıl bu hərfin korporativ dəyərlərin rəmzi olduğunu söyləyib.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas» (Azərbaycan-Türkiyə) alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR