Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti yeni inzibati binasının inşasına başlayır

Azərbaycan Dövlət Neft Şirkəti yeni inzibati binasının inşasına başlayır
# 19 mart 2010 09:14 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Müsabiqənin iştirakçıları yerli və xarici bazarda nüfuza, metal-konstruksiya işləri sahəsində müasir dünya standartlarına cavab verən işçi heyətinə və avadanlıqlara, müasir hündürmərtəbəli binaların tikilməsi sahəsində böyük təcrübəyə malik olmalıdır.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir: iddiaçı ərizəsi, iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri, müsabiqə üçün təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, Azərbaycan dilində iki nüsxədə müsabiqə üçün təklifi (bu təklif 90 gün ərzində etibarlı olmalıdır), müsabiqə üçün təklif qiymətinin 5%-i məbləğində bank təminatı, iddiaçının son beş ildəki maliyyə vəziyyəti barədə bank arayışı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.

İddiaçı müsabiqə üçün təklifini, bank təminatını və digər tələb olunan sənədləri aprelin 15-dək ARDNŞ-in Bakı şəhəri, Neftçilər pr-ti,73 ünvanda (tel: (+994 12) 521 0258, faks: (+994 12) 521 0217, e-poçtu: [email protected]) yerləşən baş ofisinə təqdim etməlidir.

Müsabiqə üçün təkliflər aprelin 16-da ARDNŞ-in baş ofisində açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR