Bank Of Baku

Azərbaycan paytaxtında Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib

Azərbaycan paytaxtında Gəmiqayırma Zavodunun təməlqoyma mərasimi keçirilib
# 19 mart 2010 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (və ya 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 “Caspian Max” tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.

Ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65, AİŞ 25, “Keppel Offshore & Marine” şirkəti isə 10 faizlik iştirak payına sahibdir. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada 1000, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq.

Prezident İlham Əliyev zavodun maketinə və monitorda layihə görüntülərinə baxıb.
Dövlət başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirib.

Mərasimdə Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Eo da çıxış edib.

Sonra Azərbaycan prezidenti gilizi təmələ buraxıb, beton qarışığı töküb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR