Bank Of Baku

“Azərenerji”də Asiya İnkişaf Bankının energetika missiyasının nümayəndə heyəti ilə görüş keçirilib

“Azərenerji”də Asiya İnkişaf Bankının energetika missiyasının nümayəndə heyəti ilə görüş keçirilib
# 19 mart 2010 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün “Azərenerji” ASC-də Asiya İnkişaf Bankının energetika missiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə «APA-Economics»ə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Mingəçevir SES-Abşeron yüksək gərginlikli elektrik ötürücü xəttinin yenidən qurulması ilə bağlı vəziyyət və gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Missiya «Şimal» Elektrik Stansiyası-Zabrat-Sumqayıt Sənaye qovşağı üzərində olan yüksək gərginlikli elektrik xətti boyunca sosial təsirləri də araşdırıb.

Qeyd edək ki, martın 15-dən Azərbaycanda səfərdə olan nümayəndə heyətinə Asiya İnkişaf bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Energetika və Təbii Sərvətlər şöbəsinin baş mütəxəssisi Tianhua Lu rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR