Bank Of Baku

Aleksandr Xetaquri: “Gürcüstan Azərbaycanın mövqeyini gözləyir”

Aleksandr Xetaquri: “Gürcüstan Azərbaycanın mövqeyini gözləyir”
# 19 mart 2010 19:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Rumıniya Azərbaycandan sıxılmış qaz almaq üçün danışıqlar prosesini hələ davam etdirir. Bu barədə APA-nın Gürcüstan bürosunun məlumat verən Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib ki, bu layihə iki mövqedən imzalanmalıdır:
“Birinci və əsas tərəfdaşlar Rumıniya ilə Azərbaycandır. İkinci tərəf Azərbaycan-Gürcüstan-Rumıniya mövqeyidir ki, ilk növbədə imzalanma Rumıniya və Azərbaycan arasında baş tutandan sonra Gürcüstan tərəfi bu layihədə iştirak etmək üçün dəvət olunacaq. Biz bu layihəni dəstəkləyirik. Hər iki tərəfdaş arasında imzalanma mərasimi başa çatdıqdan sonra üçüncü tərəfdaş olacaq Gürcüstan həyata keçiriləcək layihəyə istənilən mərhələdə qoşulmağa hazırdır”.

Nazir Aleksandr Xetaquri sıxılmış qazın saxlanılması üçün Gürcüstanda terminalın tikintisinə də münasibət bildirib. “Bu ola bilər ki, Potidə olacaq. Hər şey qazın hansı istiqamətdən nəql olmasından asılıdır. Azərbaycan tərəfinin mövqeyi bizdə yüksək fikirlər oyadıb. İmzalanma başa çatdıqdan sonra layihənin həyata keçirilməsi Azərbaycan qazının tranzit yolu ilə Qara dənizdən keçməklə Rumıniyaya nəql edilməsi baş tutacaq. Hələlik isə Gürcüstan Azərbaycanın mövqeyini gözləyir”, - A.Xetaquri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR