Bank Of Baku

Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edəcək

Azərbaycan Qazaxıstanda keçiriləcək beynəlxalq neft-qaz sərgi-konfransında iştirak edəcək
# 20 mart 2010 08:43 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin aprel ayının 6-7-də Qazaxıstanın Atırau şəhərində «Atırau Neft, Qaz və İnfrastruktur» sərgisi i «OilTech Kazakhstan» konfransı keçiriləcək. Hər iki tədbirin əsas təşkilatçıları rolunda «Iteca» şirkəti və onun Böyük Britaniya və Almaniyadan olan tərəfdaşları çıxış edir.

«APA-Economics»in məlumatına görə, «OilTech Kazakhstan» konfransında xarici ölkələrin şirkət və təşkilatlarının 130 nümayəndəsinin iştirak edəcəyi, həmçinin 20 mütəxəssisin məruzə ilə çıxış edəcəyi gözlənilir. Belə ki, tədbirdə Azərbaycan Dövlət Neft Şirkəti «Nefteqaz» Elmi-Tədqiqat İstehsalat İnstitutunun direktoru Fəxrəddin İsmayılovun yeni deemulqatorlarla bağlı məruzə ilə çıxışı planlaşdırılır. Bu maddələr neft emulsiyalarının parçalanması üçün artıq Azərbaycan və Qazaxıstanda istifadə olunur. Atırau konfransında ən effektli deemulqatorun - «Nefteqaz-1» adlı təqdimatı planlaşdırılır.

Xatırladaq ki, ARDNŞ-in «Nefteqaz» ETİİ-nin layihələri əsasında Xəzərin Azərbaycan sektoru, Kuba, Hindistan, Yəmən, İran, Rusiya, Türkmənistan kimi ölkələrin dəniz yataqlarında genişmiqyaslı işlər görülüb. Bununla yanaşı İnstitut Polşa və Bolqarıstanda neft-qaz yataqlarının işlənməsi layihələrinin icrasında fəal iştirak edib.

Konfransla paralel keçiriləcək sərgidə 10 ölkədən (Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Çin, Türkiyə və s.) 100-dək şirkətin qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR