Bank Of Baku

Azərbaycanın magistral neft kəmərləri nəqletmə yanvar-fevral aylarında 3% artıb

Azərbaycanın magistral neft kəmərləri nəqletmə yanvar-fevral aylarında 3% artıb
# 20 mart 2010 09:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 7,6 mln. ton və ya ötən ilin analoji dövründəkindən 2,7% çox neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 5,7 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə bu göstərici 5,5% çoxalıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 3,3 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,3% çox qaz nəql edilib. Nəql edilmiş qazın 26,6%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 833,7 mln. kubmetr qaz ötürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR