Bank Of Baku

Rusiya səmt qazının yandırılmasından hər il 1 mlrd. dollardan çox vəsait itirir

Rusiya səmt qazının yandırılmasından hər il 1 mlrd. dollardan çox vəsait itirir
# 22 mart 2010 11:58 (UTC +04:00)
Moskva - APA. Rusiya neft sahəsinin səmt qazın yandırılmasından yaranan itkiləri 2009-cu ildə 1,3 mlrd. ABŞ dollarına bərabər olub. APA-nın “Vedomosti” qəzetinə istinadən verdiyi xəbərə görə, Hesablama Palatasının məlumatına əsasən, ölkənin 7 ən iri neft şirkəti ötən il 19,96 mlrd. kubmetr həcmində səmt qazı yandırıb ki, bu da səmt qazının ümumi hasilat həcminin 64,3%-ni təşkil edir.

Qeyd edək ki, göstərilən itkinin həcmi daxili qiymətlər əsasında hesablanıb. “Qazprom” tərəfindən Avropaya satılan qazın qiyməti ilə isə itkinin məbləği 5,7 mlrd. dollara çatır.

Xatırladaq ki, Rusiya hökuməti 2012-ci ilədək səmt qazının itkisini ümumi hasilatın 5%-ni üstələməməsi barədə qərar qəbul edib.

Hesablama Palatasının auditorları hesab edirlər ki, səmt qazının hasilatı üzrə səmərəliyin artırılması üçün xərclər yaxın 4 il ərzində 8,5 mlrd. dollara bərabər olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR