Bank Of Baku

İraq 2003-cü ildən etibarən ilk dəfə yanacağın idxalından imtina edib

İraq 2003-cü ildən etibarən ilk dəfə yanacağın idxalından imtina edib
# 23 mart 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 3 ay ərzində İraq xaricdən yanacağın alınmasını həyata keçirməyib. «APA-Economics»in məlumatına görə, sonuncu dəfə İraq yanacağın idxalından 2003-cü ildə ABŞ-ın ölkəyə zorla daxil olmasından öncə imtina edib. İdxaldan imtinanın səbəbi kimi İraqın daxili bazarda tələbatın (benzin, ağ neft, sıxılmış qaz) tam ödənilməsi göstərilir. Lakin ölkə hökuməti lazım olduğu halda idxalın bərpa olunacağını istisna etmir.

Qeyd edək ki, İraq sutkada 2,4 mln. barel neft hasil edir. Neftdən əldə olunan gəlir isə dövlət büdcəsinin 85%-ni təşkil edir. Məsələn, 2008-ci ildə neftin ixracından İraq 61 mlrd. ABŞ doları məbləğində gəlir əldə edib.
Xatırladaq ki, İraqın neft ehtiyatları 115 mlrd. barel həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR