Bank Of Baku

Son bir ildə Azərbaycanda sənaye məhsulları 76 faiz bahalaşıb

Son bir ildə Azərbaycanda sənaye məhsulları 76 faiz bahalaşıb
# 23 mart 2010 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda sənaye məhsulları istehsalçılarının qiymət indeksi əvvəlki aya nisbətən 0,3%, yanvar-fevral aylarında isə 2009-cu ilin müvafiq dövrünə nisbətən 76,2% artıb. Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin fevral ayında mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0% təşkil edib. Bu bölmədə neft və qaz hasilatı üzrə istehsalçı qiymətlərində dəyişiklik müşahidə olunmayıb, mədənçıxarma sənayesinin digər sahələri üzrə isə qiymətlər 4,5% artıb. Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 101,3% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri metallurgiya sənayesi və hazır metal məmulatların istehsalı üzrə 6,7%, içki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı üzrə 1,7%, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı üzrə 1,6%, kimya sənayesi üzrə 1,5%, sellüloz-kağız istehsalı və nəşriyyat işi üzrə 0,4% bahalaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,3%, toxuculuq və tikiş sənayesi üzrə 0,6%, maşın və avadanlıqların istehsalı üzrə 0,5%, emal sənayesinin digər sahələri üzrə isə 0,1% ucuzlaşıb. Ay ərzində elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsalçı qiymətləri 100,0% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR