Bank Of Baku

Azərbaycandan Rumıniyaya sıxılmış qazın nəqli üçün Supsa, Poti və ya Kulevidə qaz terminallarının tikintisi nəzərdə tutulub

Azərbaycandan Rumıniyaya sıxılmış qazın nəqli üçün Supsa, Poti və ya Kulevidə qaz terminallarının tikintisi nəzərdə tutulub
# 24 mart 2010 13:40 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycandan Rumıniyaya sıxılmış qazın nəqli üçün inşa ediləcək qaz terminalları Supsa, Poti və ya Kulevi limanında tikilə bilər. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan enerji nazirinin müavini Mariam Valişvili deyib. M. Valişvili layihə çərçivəsində Azərbaycan, Gürcüstan və Rumıniya arasında fəal üçtərəfli əməkdaşlıq qurulduğunu, tərəflərin müvafiq Memorandumun imzalanması mərhələsində olduqlarını söyləyib. Memorandumun martın sonu, aprelin əvvəlində üç ölkənin enerji nazirləri tərəfindən Buxarestdə imzalanacağı gözlənilir. Layihənin büdcəsinin 4-6 milyard dollar arasında olması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR