Bank Of Baku

Avropa Komissarı: NABUCCO-nun müvəffəqiyyət qazanması şansları 60%-dən çoxdur

Avropa Komissarı: NABUCCO-nun müvəffəqiyyət qazanması şansları 60%-dən çoxdur
# 25 mart 2010 04:18 (UTC +04:00)
Bakı-APA. NABUCCO 2010-cu ilin sonuna qədər reallaşacaq, lakin bu layihə hələ üzün illər ərzində Avropanın enerji problemin həll edə bilməyəcək. APA-nın REGNUM agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransada nəşr olunan Le Figaro-ya müsahibəsində Avropa İttifaqının energetika üzrə komissarı Hünter Ettiqer bildirib.

Onun sözlərinə görə, layihənin bütün iştirakçılarının razılığa gəlməsi bir o qədər də asan məsələ deyil.

"Hələ bir çox problemlər həll olunmalıdır və hazırda layihənin müvəffəqiyyətlə işə başlaması şansları 60%-dən çoxdur", - deyə komissar bildirib.

H.Ettiqer onu da bildirib ki, hazırda Avropa Komissiyası təbii qazla bağlı digər layihələrə də diqqət yetirir və onların hamısında Rusiya iştirak edir.

«Bu layihələr arasında prioritet olanı "Şimal axını"dır ki, onun iki il ərzində yekunlaşdırılması nəzərdə tutulur. Digər bir üstünlük verilən layihə isə Rusiyanı Ukraynadan keçməklə Avstriya ilə birləşdirən mərkəzi qaz kəmərinin 2013-cü ilə qədər bərpası layihəsidir. Nəzərdə keçirilən vacib layihələr arasında "Cənub axını" da xüsusi yer tutur və Avropanın bu layihəyə qarşı çıxmaq üçün heç bir əsası yoxdur», deyə H.Ettiqer bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR