Bank Of Baku

Avropa Komissiyasının Gürcüstandakı səfiri: “Enerji Avropanın bir nömrəli siyasi məsələsidir”

Avropa Komissiyasının Gürcüstandakı səfiri: “Enerji Avropanın bir nömrəli siyasi məsələsidir”
# 25 mart 2010 08:44 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Enerji Avropanın bir nömrəli siyasi məsələsidir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyinin rəhbəri, səfir Per Eklund Tiflisdə keçirilən beynəlxalq enerji konfransındakı çıxışında deyib.

P. Eklund Avropaya qaz nəqlini nəzərdə tutan “Nabucco” layihəsinə dair müqavilənin 2009-cu ilin iyulunda imzalandığını xatırladıb: “Bu layihə qazın Orta Asiya və Azərbaycandan keçərək Cənubi Qafqaz dəhlizi ilə Avropaya ötürülməsini nəzərdə tutur. Avropa İttifaqı bu layihədən irəli gələn vəzifələri yerinə yetirib, qazı Qafqaz sərhədlərinə ötürən şirkətə 5 milyon dollar vəsait ayırıb. Eyni zamanda Cənubi Qafqaz dəhlizinin texniki standartlara cavab verməsi üçün əlavə 3 milyon dollar ayrılıb. Biz Gürcüstan hökuməti ilə birlikdə lazımi addımlar atmaq üçün fikir mübadiləsi aparacaq və tezliklə bu ölkə layihənin tam iştirakçısına çevriləcək”.

Səfir vurğulayıb ki, region ölkələri enerji resurslarının Avropaya ötürülməsində başlıca rol oynamalıdır. O, növbəti beynəlxalq enerji konfransı mayın 20-də Brüsseldə keçiriləcəyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR