Bank Of Baku

“Bəyaz axın” Konsorsiumunun rəhbəri: “Avropaya qaz nəqlini nəzərdə tutan bütün layihələr Avropa üçün böyük önəm daşıyır”

“Bəyaz axın” Konsorsiumunun rəhbəri: “Avropaya qaz nəqlini nəzərdə tutan bütün layihələr Avropa üçün böyük önəm daşıyır”
# 25 mart 2010 09:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Avropaya qaz nəqlini nəzərdə tutan bütün layihələr Avropa üçün çox böyük önəm daşıyır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tiflisdə 15 dövlətin nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq enerji konfransı çərçivəsində “Nabucco” layihəsini dəstəkləyən “Bəyaz axın” Konsorsiumun rəhbəri İn Roberto Piriani jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Avropanın enerjiyə olan tələbatı böhranla əlaqədar getdikcə artmaqdadır: “Bu proses iki, üç il əvvəlki qaydada getmir. Düşünürəm ki, iqtisadi inkişaf tarazlaşdıqca, tələbat yenə əvvəlki səviyyədə olacaq. Mənə elə gəlir ki, Avropanın daxili imkan resursları azalmağa doğru gedir. Bu enerji ehtiyatlarını əvəz edəcək təchizat kifayət qədər azdır. Hətta Rusiyanın enerji ehtiyatları belə bu tələbatı ödəmək gücündə deyil. Burada enerji mənbələrinin diversifikasiyası da başlıca şərtlərdən biridir. Buna görə də Avropa öz tələbatını ödəmək üçün qazı müxtəlif mənbələrdən qəbul etmək istəyi ilə müxtəlif layihələr həyata keçirir. Hazırda Şərqi Avropa ölkələri Rusiyanın enerji təchizatından çox asılıdır. Bu gün Rusiya Avropanın ən əsas və böyük qaz təchizatçısı rolunu oynayır. Amma Avropa İttifaqı ölkələri qazın təchizatında alternativ mənbələrin olmasını çox istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR