Bank Of Baku

Azərbaycan yanvar-fevral aylarında təbii qazın ixracını 42% azaldıb

Azərbaycan yanvar-fevral aylarında təbii qazın ixracını 42% azaldıb
# 29 mart 2010 07:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycan 183 204,8 min kubmetr təbii qaz ixrac edib. Azərbaycan Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2009-cu ilin yanvar-fevral ayları ilə müqayisədə 42,1% azdır.

İxrac edilmiş təbii qazın dəyəri 37 422,5 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,6% az olub.

Qeyd edək ki, hazırda Azərbaycan Türkiyə, Gürcüstan, Rusiya və İrana təbii qaz ixrac edir. Rusiya və İrana təbii qazın ixracına cari ilin yanvar ayından başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR