Bank Of Baku

Azərbaycan yanvar-fevral aylarında elektrik enerjisinin ixracını 8 dəfə azaldıb

Azərbaycan yanvar-fevral aylarında elektrik enerjisinin ixracını 8 dəfə azaldıb
# 29 mart 2010 07:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan cari ilin yanvar-fevral aylarında qonşu ölkələrə 493,1 min ABŞ dolları dəyərində 12,5 mln. kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bu ilin ilk iki ayında Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin həcmi 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 8,4 dəfə, dəyəri isə 7,4 dəfə azalıb.

Qeyd edək ki, hazırda Azərbaycan Gürcüstana, pik saatlarında Rusiya və İrana elektrik enerjisi ixrac edir, Naxçıvan Muxtar Respublikasından isə vaxtı ilə alınmış borcun müqabilində Türkiyəyə elektrik enerjisi ötürür. Azərbaycanın ümumi generasiya gücü 6 min MVt-a yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR