Bank Of Baku

Azərbaycan yanvar-fevral aylarında xam neft ixracını 24% azaldıb

Azərbaycan yanvar-fevral aylarında xam neft ixracını 24% azaldıb
# 29 mart 2010 07:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-fevral aylarında Azərbaycan xam neft ixracını 23,7% azaldıb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-fevral aylarında 2 739 866,9 min ABŞ dolları dəyərində 4 896 304 t neft ixrac olunub.

Sayğac göstəricilərinə əsasən, neftin 289 728 tonu Bakı-Novorossiysk, 676 041 tonu Bakı-Supsa, 5 370 071,7 tonu Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərləri, 147 414,3 tonu isə dəmir yolu vasitəsi ilə yola salınıb.

Bakı-Novorossiysk kəməri ilə neft ixracı 33,4%, Bakı-Supsa kəməri ilə 6,8% azalıb, BTC ilə ixrac 11,9%, dəmir yolu ilə ixrac isə 15,9% artıb.

Hesabat dövründə həmçinin, 171 736 min dollar dəyərində 313 232,9 ton neft emalı məhsulları ixrac edilib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,4% azdır. İxrac edilmiş neft emal məhsullarının dəyəri isə 12,8% çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR