Bank Of Baku

Azərbaycan Türkmənistanda keçiriləcək I Beynəlxalq Qaz Konqresinə dəvət alıb

Azərbaycan Türkmənistanda keçiriləcək I Beynəlxalq Qaz Konqresinə dəvət alıb
# 29 mart 2010 08:40 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, forumda iştirak etmək üçün 500-dən çox transmilli və regional neft-qaz şirkətlərinin, beynəlxalq təşkilatların və maliyyə institutlarının, eləcə də xarici dövlətlərin nümayəndələri dəvət olunub. Türkmənistan konqresdə iştirak üçün Azərbaycana da dəvət göndərib.

Türkmənistan Qaz Konqresi dünya qaz sektorunda mavi yanacaq sənayesinin səmərəli inkişafı perspektivləri ilə bağlı məsələləri müzakirə etməyə, əlaqələri genişləndirməyə, Türkmənistanın karbohidrogen ehtiyatlarının işlənilməsi məqsədi ilə xarici sərmayələri cəlb etməyə yönəlmiş yeni işgüzar tərəfdaşlığın qurulmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR