Bank Of Baku

Litva hökuməti maye qaz terminalı tikməyə qərar verib

Litva hökuməti maye qaz terminalı tikməyə qərar verib
# 30 mart 2010 08:19 (UTC +04:00)
Bakı - APA-Economics. Litva hökuməti maye qaz terminalının tikintisi haqqında qərar qəbul edib.

APA-Economics”in məlumatına görə, bu barədə Litvanın energetika naziri Arvidas Sekmokas açıqlama verib.

Onun sözlərinə görə, terminalın tikintisini “Klaypedos nafta” dövlət neft terminalının bazasında həyata keçirmək planlaşdırılır. Yeni terminalın vəzifəsi xammal təchizatında yarana biləcək fasilələri kompensasiya etmək olacaq.

Qeyd edək ki, 2009-cu ildə Avropa Komissiyası Baltikyanı ölkələrə birgə qaz terminalı yaratmağı təklif edib. Litvanın Latviya və Estoniya ilə müqayisədə daha çox qaz istehlak etdiyini nəzərə alan ölkə hökuməti isə ayrıca terminal tikmək qərarına gəlib. 2008-ci ildə Litvada 3,53 mlrd. kubmetr, Latviyada 2,05 mlrd. kubmetr, Estoniyada 1,51 mlrd. kubmetr qaz istehlak olunub. Litva istehlak etdiyi bütün qazı Rusiyadan alır. Rusiya Baltikyanı ölkələrə satdığı qazın qiymətini 320 dollar civarında müəyyənləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR