Bank Of Baku

Azərbaycan payızda İrana qazın ixracını artıracaq

Azərbaycan payızda İrana qazın ixracını artıracaq
# 30 mart 2010 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın İrana satdığı təbii qazın həcminin artırılması 2010-cu ilin sentyabr ayında reallaşa bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanla İran arasında qazın satışı ilə bağlı əməliyyatlar davam etdirilir: «Azərbaycan tərəfi mövcud qaz infrastukturunun yeniləşdirilməsi üzrə işlər həyata keçirir ki, bu da İrana nəql olunan qazın həcmini artırmağa imkan verəcək».

R.Abdullayev bildirib ki, bu ilin sentyabr ayında Azərbaycanın cənubunda, İranla sərhəddə Astara Qaz Kompressor stansiyasında yenidənqurma işləri başa catacaq: «Bu isə İrana qaz ötürmə imkanlarımızı 3 mln. kubmerdən 5 mln. kubmetrədək artıracaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR