Bank Of Baku

Azərbaycan Suriyaya qaz ixracına hazırlaşır

Azərbaycan Suriyaya qaz ixracına hazırlaşır
# 30 mart 2010 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan təbii qazın Suriyaya ixracının təşkili prosesi çərçivəsində tranzit şərtlərinin razılaşdırılması ilə bağlı hazırda Türkiyə tərəfi ilə danışıqlar aparır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bidirib.

R.Abdullayevin sözlərinə görə, tranzit məsələləri tezliklə həll olunacaq.

Bununla yanaşı, Azərbaycanın təbii qazın Türkiyəyə satışı ilə bağlı tərəflər arasında danışıqların aparıldığını bildirən R.Abdullayev hazırda ekspertlər səviyyəsində texniki məsələlərin müzakirə olunduğunu qeyd edib. ARDNŞ başçısı bildirib ki, bununla bağlı artıq sulların əksəriyyətinə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR