Bank Of Baku

Azərbaycan Türkiyə vasitəsilə Avropaya maye qaz ixrac edəcək

Azərbaycan Türkiyə vasitəsilə Avropaya maye qaz ixrac edəcək
# 30 mart 2010 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın təbii qazı Türkiyənin «Petkim» Holdinqinin neftkimya kompressor zavodunda sıxılaraq maye halında tankerlər vasitəsi ilə Avropa ölkələrinə ixrac ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, «Petikim»də qazın emalı ilə bağlı məsələyə baxılıb və bu təklif təsdiqlənib, eyni zamanda bura investisiya yatırılıb: «Əgər əvvəllər Azərbaycan təbii qazı Batumidən mayeləşdirib satırdısa, artıq bu proses «Petikim»də həyata keçiriləcək. Bununla da Azərbaycan qazı Türkiyədə emal olunaraq Avropa bazarına çıxarılacaq».

R.Abdullayev bildirib ki, «Petikim»dən maye qazı Avropa ölkələrinə «Palmali» Şirkətlər Qrupunun gəmisi ilə daşınacaq: «Azərbaycan Dövlət Neft Şirkəti ilə «Palmali» arasında bağlanan müqaviləyə əsasən, 1 qaz daşıyan tanker maye qazını Avropa ölkələrinə çatdıracaq».

ARDNŞ başçısı əlavə edib ki, il ərzində 120-150 min ton maye qaz emal olunaraq Avropaya ixrac olunacaq.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti «SOCAR/Turcas» alyansında (Azərbaycan-Türkiyə) iştirak edərək «Petkim»də nəzarət səhm paketi alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR