Bank Of Baku

“Bakıelektrikşəbəkə” “Azərbaycan” Nəşriyyatının işığını kəsib

“Bakıelektrikşəbəkə” “Azərbaycan” Nəşriyyatının işığını kəsib
# 30 mart 2010 15:33 (UTC +04:00)
Bu barədə APA-ya nəşriyyatın direktor müavini Bəsti İsmayılova məlumat verib. Onun sözlərinə görə, nəşriyyatın “Bakıelektrikşəbəkə”yə elektrik enerjisi borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb: “Amma bununla bağlı danışıqlar aparılandan sonra müvəqqəti olaraq elektrikin verilməsi barədə razılıq əldə olunub”.

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, “Azərbaycan” Nəşriyyatının şirkətə 178 min manat borcu var. Nəşriyyatın istehlak etdiyi elektrik enerjisinə görə yaranmış borcla bağlı qurum rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib, nəşriyyatın direktoru Ağabəy Əsgərova məktub göndərilib və sonuncu dəfə iki gün əvvəl xəbərdarlıq olunub. Qarşılıqlı razılaşma ilə müvəqqəti olaraq nəşriyyata elektrikin verilməsi bərpa edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR