Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə daha 2 quyuda qazma işlərinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə daha 2 quyuda qazma işlərinə başlayıb
# 31 mart 2010 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Tresti Xəzərdəki «Günəşli» yatağında 2 quyuda qazma işlərinə başlayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

«Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən yataqdakı 10 nömrəli platformadan Qala Lay Dəstəsinə qazılan 50 nömrəli quyunun layihə dərinliyi 3850 metrdir. Bundan başqa, həmin İdarə «Günəşli» yatağındakı 19 nömrəli platformadan 69 nömrəli quyuda qazma işlərinə başlayıb. Layihə dərinliyi 3800 metr olan bu quyu da Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, istismara verildikdən sonra hər iki quyunun gündəlik hasilatı 35 ton neft, 350 min kubmetr qaz təşkil edəcək.

Qeyd edək ki, quyular ARDNŞ-in «28 May» adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR