Bank Of Baku

Belarus Odessa-Brodı neft kəməri layihəsinə qoşulmaq istəyir

Belarus Odessa-Brodı neft kəməri layihəsinə qoşulmaq istəyir
# 31 mart 2010 09:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Odessa-Brodı neft kəməri layihəsinə qoşulması üçün Ukrayna ilə danışıqlara başlamaq tapşırığı verib.

APA-nın məlumatına görə, A.Lukaşenko Belarus Milli Televiziyasının efirində baş nazirin birinci müavini Vladimir Semaşkoya bununla bağlı səlahiyyət verdiyini bəyan edib.

Qeyd edək ki, uzunluğu 667 km olan Odessa-Brodı kəməri 2001-ci ildə tikilib. Layihənin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edib. Xəzər neftinin Avropaya nəqli üçün nəzərdə tutulan kəmər 2004-cü ildən revers rejimində işləyərək Rusiya neftini nəql edir.

2007-ci ilin oktyabrında Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva Bakı-Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin layihələndirilməsi və tikintisi üçün birgə müəssisə yaradılması haqda saziş imzalayıb. Polşanın «Sarmatiya» boru kəməri müəssisənin bazasında yaradılan eyniadlı Polşa-Ukrayna birgə konsorsiumuna 2008-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstanın Neft-Qaz Korporasiyası və Litvanın «Klaipedos Nafta» şirkəti də daxil olub. 2011-ci ildə tikintisi başa çatacaq kəmər vasitəsilə ildə 40 mln. ton Xəzər neftinin nəqli planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR