Bank Of Baku

Azərbaycanın istehsal etdiyi maye qaz Türkiyədə dərin emaldan keçiriləcək

Azərbaycanın istehsal etdiyi maye qaz Türkiyədə dərin emaldan keçiriləcək
# 31 mart 2010 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunan maye qazın dərin emalı Türkiyədə «Petkim» Neftkimya Holdinqində həyata keçiriləcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Şirkətdən bildirilib ki, ildə 120-150 min ton həcmində istehsal olunan maye qazın «SOCAR-Tursas» Birgə Müəssisəsinin idarəçiliyində olan «Petkim»də dərin emaldan keçirilməsi iqtisadi baxımdan ARDNŞ üçün yeni imkanlar yaradacaq.

«Palmali» Şirkətlər Qrupu ilə əldə olunmuş razılaşmaya əsasən, Bakıda istehsal edilən maye qazın Gürcüstandakı Batumi limanından «Petkim»in yerləşdiyi Türkiyənin Əliağa bölgəsinə daşınması həmin gəmiçilik şirkətinin yeni aldığı xüsusi tanker vasitəsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra tender komissiyası bu qərarı ləğv edərək, «SOCAR-Turcas» (Azərbaycan-Türkiyə) alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR