Bank Of Baku

OPEC böhran dövründə təxirə salmış layihələrin icrasını bərpa edib

OPEC böhran dövründə təxirə salmış layihələrin icrasını bərpa edib
# 31 mart 2010 11:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Neft ixracatçısı ölkələri təşkilatı (OPEC) böhran dövründə təxirə salmış layihələrin icrasını bərpa edib.

«APA-Economics»in RBK agentliyinə istinadən verdiyi məlumata görə, hazırda dünya bazarında stabilləşən neft qiymətləri təşkilatın böhran dövründə dondurulmuş neft hasilatı layihələrinin bərpasına başlamasına təkan verib.

OPEC-in əsas üzvlərindən olan Səudiyyə Ərəbistanı xam neftin təchizatında liderliyi bərpa etmək və hasilatı 60% artırmaq niyyətindədir. Ümumiyyətlə, OPEC-in üzvləri ümumi dəyəri 165 mlrd. ABŞ dolları təşkil edən 35 dondurulmuş layihəni bərpa edəcək ki, buna əsas səbəb hazırda neftin 1 barelinin qiyməti 2009-cu illə müqayisədə 70% artaraq 82 dollara çatmasıdır. Məhz ötən il neftin 1 barelinin qiyməti 30 dollara düşəndə dünyanın əsas neft ixracatçıları yeni layihələrin icrasından imtina edib.

Mütəxəssislərin fikrincə, hazırda bu sahənin 80% artması əsasən Hindistan, Çin, Yaxın Şərq və Asiyanın iqtisadiyyatının inkişafından asılı olacaq. Bundan başqa, OPEC neftin qiymətinin kəskin artmasına da imkan etməyəcəyini və qiymətinin stabilləşdirəcəyini bildirib.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR