Bank Of Baku

Çin Beynəlxalq Enerji Agentliyinə dəvət edilib

Çin Beynəlxalq Enerji Agentliyinə dəvət edilib
# 31 mart 2010 12:20 (UTC +04:00)
Bakı - APA-Economics. Çin Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olmağa dəvət edilib. “APA-Economics”in “The Financial Times”a istinadən məlumatına görə, bu çağırışla BEA rəhbəri Nubuo Tanaka çıxış edib.

O bildirib ki, Çin artıq bir çox məsələlər üzrə agentliklə əməkdaşlıq edir. Çin hökuməti hələlik BEA-ya daxil olmaq niyyətini açıqlamayıb. Agentlikdə Çinin yaxın beş ildə təşkilata üzv olacağına ümid edirlər.

Çinin BEA-ya dəvət olunmasına səbəb ölkənin neftə olan tələbatının artmasıdır. BEA-nın statistikasına əsasən, 2008-ci ilin yanvarı ilə müqayisədə Çində neft istehlakı 2010-cu ilin yanvarında 28% artıb.

Qeyd edək ki, 1974-cü ildə yaradılan BEA-ya hazırda 28 ölkə daxildir. Təşkilatın əsas məqsədi enerji resurslarının və enerji xidmətlərinin tələb və təklifi sahəsində beynəlxalq əməkdaşlığa dəstək verməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR