Bank Of Baku

Azərbaycan «Günəşli» yatağında yeni texnoloji platforma inşa edir

Azərbaycan «Günəşli» yatağında yeni texnoloji platforma inşa edir
# 01 aprel 2010 07:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Xəzər dənizinin Azərbaycan milli sektorunda yerləşən «Günəşli» yatağındakı 4 nömrəli platformanın genişləndirilməsi layihəsi çərçivəsində yeni texnoloji platforma inşa olunur. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Yeni platforma dənizin 90-92 metr dərinliyində fəaliyyətdə olan həmin platformadan 50 metr kənarda quraşdırılacaq və piyada körpüsü ilə ona birləşdiriləcək. Nəzərdə tutulduğuna görə, sosial infrastruktur – yaşayış və məişət blokları, ehtiyat qazma və vertolyot meydançası hər iki platforma üçün ümumi olacaq. Platformada həmçinin, 8 maşından ibarət qazlift kompressor stansiyası tikiləcək.

Qeyd edək ki, «Günəşli» yatağında hasilat əsas etibarı ilə qazlift metodu ilə aparılır. Yataqda neft hasilatının stabil saxlanması üçün bu stansiyanın köməyi ilə qaz 125 atmosfer təzyiq altında sıxılaraq laylara vurulacaq. Texnoloji platforma «Neftqazelmitədqiqatlayihə» İnstitutunda layihələndirilib. İstismara 2011-ci ildə idaxil edilməsi planlaşdırılan yeni platforma iki dayaq blokundan ibarətdir. Çəkisi 2 410 ton, hündürlüyü isə təxminən 100 metr olan birinci blok Bakı Dərin Özüllər Zavodunda inşa olunub. «Neftqaztikinti» Trestinin Zığdakı tikinti-quraşdırma meydançasında yığılan ikinci blokun çəkisi isə 2 650 tondur. Bu blok ötən əsrin 90-cı illərində hazırlanıb, lakin istifadə olunmamış 20 nömrəli platformanın əsasında inşa edilir. Blokda inşaat işlərinin yaxın 2 ay ərzində tamamlanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR