Bank Of Baku

«Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə yeni mərhələ: nümunələr və perspektivlər» mövzusunda konfrans keçirilib

«Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə yeni mərhələ: nümunələr və perspektivlər» mövzusunda konfrans keçirilib
# 01 aprel 2010 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası «Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə yeni mərhələ: nümunələr və perspektivlər» mövzusunda konfrans keçirib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü İnqilab Əhmədov, Azərbaycan Dövlət Neft Fondunun nümayəndəsi Fərid Fərzəliyev və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransda Y.Ramberq Norveçin «Statoil» neft şirkətinin hazırladığı illik hesabatı ilə bağlı ətraflı məlumat verib, həmçinin hesabatdakı bəzi çatışmazlıqları bildirib. Daha sonra İ.Əhmədov «Statoil» neft şirkətinin hazırladığı illik hesabatla Azərbaycanın hazırladığı hesabatı müqayisə edərək geniş təqdimatla çıxış edib. O, Azərbaycanı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü sahəsində ən çox hesabat hazırlayan ölkə kimi qeyd edib: «Bu hesabata Azərbaycanda bütün şirkətlər cəlb edilir və hesabat ildə iki dəfə hazırlanır. Yaxşı olardı ki, hesabat Norveç təcrübəsinə əsaslansın və ildə bir dəfə hazırlansın. Belə olan halda audit üzrə ayrılan vəsaitə də qənaət edilər».

İ.Əhmədovun sözlərinə görə, hazırlanan hesabatlarda şirkətlərin ödənişləri ilə dövlətin daxilolmaları üst-üstə düşür: «Hesabatlarda yalnız texniki məsələlərlə bağlı problemlər mövcuddur. Bu il üçün hazırlanacaq 12-ci hesabatda neft-qaz hasilatı ilə yanaşı, mədən hasilatı da qeyd olunacaq”.

Tədbirdə F.Fərzəliyev Azərbaycanın Mədən Hasilatında Şəffaflıq Koalisiyasına qoşulduğu müddətdən indiyədək əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, bu ilin aprel ayının sonunda Mədən Hasilatında Şəffaflıq Koalisiyası İdarə Heyətinin növbəti iclası keçiriləcək. İclasda «Validation-Həqiqətlik» mövzusu müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR