Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Fransa Milli Assambleyasının missiyasını qəbul edib

Azərbaycanın sənaye və energetika naziri Fransa Milli Assambleyasının missiyasını qəbul edib
# 01 aprel 2010 15:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Fransa Milli Assambleyası Xarici İşlər Komissiyasının Qafqazda vəziyyətə dair Məlumat Missiyasının üzvləri Rolan Blum və Kristian Bataylla görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanla Fransanın neft-qaz sektorunda fəal əməkdaşlıq etdiyi qeyd olunub. Nazir bildirib edib ki, ARDNŞ ilə Fransanın «Total» şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında imzalanmış sənədə əsasən, ARDNŞ layihədə 40%, «Total» şirkəti isə 60% iştirak payına malikdir. «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln. tondan artıq kondensat var.

Görüşdə neft-qaz sektorunda iki ölkə arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivlər müzakirə olunub. Həmçinin, regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR