Bank Of Baku

ARDNŞ-nin tabeliyinə verilmiş “Azərikimya” Dövlət Şirkətində müşavirə keçirilib

ARDNŞ-nin tabeliyinə verilmiş “Azərikimya” Dövlət Şirkətində müşavirə keçirilib
# 03 aprel 2010 13:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərikimya” Dövlət Şirkətinin ARDNŞ-nin tabeliyinə verilməsi ilə əlaqədar olaraq bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin digər nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev “Azərikimya” Dövlət Şirkətində olublar. ARDNŞ-dən APA-ya verilən məlumata görə, şirkət rəhbərliyi “Azərikimya” Dövlət Şirkətinin idarəetmə aparatı və bu şirkətin strukturuna daxil olan müəssisələrin rəhbərləri ilə görüş keçirib. Görüşdə prezident İlham Əliyevin neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı istiqamətində ARDNŞ qarşısında qoyduğu vəzifələrdən geniş söhbət açılıb, bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunacağı bildirilib. ARDNŞ prezidenti “Azərikimya” Dövlət Şirkətinin strukturunun ARDNŞ-nin idarəetmə strukturuna uyğunlaşdırılması istiqamətində zəruri hüquqi hərəkətlər başa çatdırılanadək “Azərikimya”nın mövcud idarəetmə mexanizmlərinin normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə konkret tapşırıqlar verib. Azərbaycan prezidentinin “Neft-qaz emalı və neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin edilməsinə nəzarət və “Azərikimya” Dövlət Şirkətinin fəaliyyətinin ARDNŞ tərəfindən istiqamətləndirilməsi ARDNŞ-nin vitse-prezidenti Muxtar Babayevə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR