Bank Of Baku

Natiq Əliyev: “Azərikimya” Dövlət Şirkətinin ARDNŞ-nin tabeçiliyinə verilməsi neft-kimya kompleksinin inkişafına təkan verəcək”

Natiq Əliyev: “Azərikimya” Dövlət Şirkətinin ARDNŞ-nin tabeçiliyinə verilməsi neft-kimya kompleksinin inkişafına təkan verəcək”
# 05 aprel 2010 10:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərikimya» Dövlət Şirkətinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeçiliyinə verilməsi neft-kimya kompleksinin inkişafına təkan verəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

N.Əliyevin sözlərinə görə, belə bir qərarın qəbul edilməsinin özünün də ciddi səbəbləri var: «Azərikimya»nın inkişafı üçün böyük bir proqram olmalı, burada onun xammal bazası, istehsal istiqamətləri və s. göstərilməlidir. Bu gün orada ilkin benzin fraksiyası ilə EP-300 qurğusu və ona bağlı bir neçə müəssisə işləyir. Həmin müəssisələr də hansısa xammalı yarımxammala çevirir və ixrac edir. Bu, kimya sənayesinin inkişafı hesab oluna bilməz».

Nazir hesab edir ki, ARDNŞ kimi böyük imkanlara və dünyada reputasiyaya malik bir qurumun tabeçiliyinə verilməsi kimya kompleksinin inkişafına dünyanın tanınmış şirkətlərini cəlb etməyə imkan verəcək: «Biz bunu 10 il əvvəl də edə bilərdik. Amma o vaxt imkan yox idi. Hesab edirəm ki, kimya sənayesi neft sənayesinə bağlı olduğundan, bu gün belə bir qərarın qəbulu vacib idi».

Qeyd edək ki, aprelin 2-də dövlət başçısının imzaladığı sərəncamla «Azərikimya» Dövlət Şirkəti ARDNŞ-in tabeçiliyinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR