Bank Of Baku

Azərbaycanda metan qazının istehsalı ilə bağlı yeni layihə həyata keçiriləcək

Azərbaycanda metan qazının istehsalı ilə bağlı yeni layihə həyata keçiriləcək
# 05 aprel 2010 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Quba rayonunun Xınalıq kəndinin enerji təchizatını həyata keçirmək məqsədilə biokütlədən metan qazının istehsalını nəzərdə tutan pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayev məlumat verib.

R.Rzayevin sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi tədbirləri çərçivəsində hazırda bu dağ kəndində biokütlədən qaz istehsalına dair layihəyə baxılır.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda illik metan qazı istehsalı 40-45 mln. kubmetrdir. Heyvandarlıq məhsullarından istifadə etməklə bunun 24-27 mln. kubmetrini əldə etmək mümkündür.

Qeyd edək ki, Xınalıq kəndi Quba rayonunda, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir və kənddə Şahdağ qrupuna aid olan etnik xınalıqlılar (özlərini ketş adlandırırlar) yaşayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR