Bank Of Baku

Sumqayıt yaxınlığında qurulmuş külək stansiyasında ötən il 3,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib

Sumqayıt yaxınlığında qurulmuş külək stansiyasında ötən il 3,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib
# 05 aprel 2010 11:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın Sumqayıt şəhəri yaxınlığında pilot layihə olaraq qurulmuş külək stansiyasında ötən bir ildə 3,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

«APA-Economics»in məlumatına görə, bu barədə pilot layihəni həyata keçirən Azərbaycanın «Caspian Technology Company» şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, bununla da istilik elektrik stansiyalarında eyni həcmdə elektrik enerjisinin istehsalı üçün sərf olunan 1,1 mln. kubmetr təbii qaza qənaət olunub.

Qeyd edək ki, «Caspian Technology Company» şirkəti pilot layihəyə 2009-cu ilin mart ayında başlayıb. Elektrik enerjisinin istehsalı üçün Sumqayıt yaxınlığında Danimarka istehsalı olan 2 ədəd «Vestas V52» külək qurğusu qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR