Bank Of Baku

Azərbaycan alternativ enerji mənbələrinin çəkisini artırmaq niyyətindədir

Azərbaycan alternativ enerji mənbələrinin çəkisini artırmaq niyyətindədir
# 05 aprel 2010 11:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan yaxın 2 il ərzində enerji balansında alternativ enerji mənbələrinin çəkisini 3-5%-ə çatdırmaq niyyətindədir.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

«Bu gün Azərbaycanın enerji istehsalında alternativ enerji mənbələrin çəkisi demək olar ki, çox azdır. Bu istiqamətdə işlərə yeni başlamışıq və ümid edirəm ki, yaxın illərdə nailiyyətlərə nail olacağıq», - deyə N.Əliyev vurğulayıb.

Nazir qeyd edib ki, artıq bu məqsədlə Sənaye və Energetika Nazirliyinin nəzdində agentlik yaradılıb, dövlət tərəfindən vəsait ayrılıb. Hazırda bu sahədə baza yaradılır və təhlillər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR