Bank Of Baku

Azərbaycanın Qobustan rayonunda gücü 20 MVt olan külək stansiyası tikiləcək

Azərbaycanın Qobustan rayonunda gücü 20 MVt olan külək stansiyası tikiləcək
# 05 aprel 2010 11:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Qobustan rayonunda küləkdən elektrik enerjisi istehsal etmək məqsədilə gücü 20 MVt olan elektrik stansiyası tikiləcək.

«APA-Economics»in bildirdiyinə görə, bu barədə Sənaye və Energetika Nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidənqurulması şöbəsinin müdiri Ramiz Rzayev məlumat verib.

R.Rzayevin sözlərinə görə, bu məqsədlə orada hər birinin istehsal gücü 2 MVt olan 10 qurğunun qurulması nəzərdə tutulur. Gələcəkdə isə bu stansiyanın gücü 60 MVt-a çatdırılacaq.

Abşeron yarımadasında külək enerjisinin texniki potensialının 3 min MVt-a bərabər olduğunu qeyd edən nazirlik rəsmisinin sözlərinə görə, artıq ölkənin külək kadastrı da hazırlanıb. Alternativ enerji mənbələrinin istifadəsi tədbirləri çərçivəsində Sumqayıt şəhəri yaxınlığındakı Yeni Yaşma massivində gücü 250 MVt təşkil edən külək turbinlərinin qurulması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR