Bank Of Baku

Bakıda Azərbaycanın alternativ və bərpa olunan enerji potensialına həsr olunmuş konfrans keçirilib

Bakıda Azərbaycanın alternativ və bərpa olunan enerji potensialına həsr olunmuş konfrans keçirilib
# 05 aprel 2010 11:32 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycanın energetika sektorunda fəaliyyət göstərən müvafiq qurumların nümayəndələri ilə yanaşı, Almaniyadan nümayəndə heyəti və Almaniya Bundestaqının (parlamentinin) alternativ enerji məsələləri komitəsinin sədri, «Euro Solar» cəmiyyətinin sədri Hermann Şer (Hermann Scheer) də iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin işlənilməsi üçün dövlət tərəfindən müvafiq proqramların hazırlandığını vurğulayıb. Nazir bildirib ki, Azərbaycanda neft və qazla yanaşı bərpa olunan enerji mənbələri mövcuddur. Artıq alternativ enerji mənbələrinin istismarı istiqamətində ilk addımlar atılır.

H.Şer isə dünyada enerji resurslarına tələbatın hər il artdığını qeyd edərək bildirib ki, təkcə Çin və Hindistanda enerji istehlakı dünya üzrə enerji istehlakının 20%-ni təşkil edir. Azərbaycanın alternativ enerji mənbələrinin işlənilməsi üçün daha çox vaxtı olduğunu deyən ekspert gələcəkdə bu ekoloji təmiz enerjinin tələbatın mühüm hissəsini ödəyəcəyini vurğulayıb.

Daha sonra Azərbaycanın alternativ enerji imkanları ilə bağlı təqdimat keçirilib.

Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində Almaniya nümayəndə heyəti Yaşmada külək stansiyaları və Sumqayıt Texnoparkı ilə tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR